featured-image-27604

“Real Madrid”in yay transfer pəncərəsi üçün hədəflərindən biri müəyyənləşib.

Msport.az “Relevo”ya istinadən xəbər verir ki, “kral klubu” “Leypsiq”in futbolçusu Daniel Olmonu heyətinə qatmağa çalışacaq. Madridlilər 24 yaşlı futbolçunu Luka Modriçin əvəzedicisi kimi görürlər. Olmonun özü də vətəni İspaniyaya qayıdaraq titul üçün mübarizə aparan komandada çıxış etmək istəyir.

Qeyd edək ki, Olmo bu mövsüm keçirdiyi 22 oyunda 3 qol vurub, 5 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər