featured-image-30127

“Real” Luka Modriçlə müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritso Romano paylaşım edib.

Mənbənin sözlərinə görə, tərəflər arasında razılıq əldə olunub. Xorvatiyalı futbolçunun yeni anlaşması 2024-cü ilin iyununa qədərdir. Yaxın vaxtlarda klub xəbəri rəsmən açıqlayacaq.

Modriç Səudiyyə Ərəbistanından yaxşı maliyyə şərtləri olan təklifi rədd edib. O, karyerasını davam etdirməklə bağlı heç vaxt tərəddüd etməyib.

37 yaşlı yarımmüdafiəçi bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 48 oyun keçirib, 6 qol vurub və altı məhsuldar ötürmə verib.

ANAR

Bənzər xəbərlər