featured-image-44490

“Real” İspaniya La Liqasında 2023/2024 mövsümünün ən pis dövrünü yaşayır.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatdakı beş matçın üçündə xal itirib.

Komanda “Valensiya”, “Atletiko” və “Rayo Valyekan” ilə heç-heçə edib. Bundan əvvəl “kral klubu” bütün mövsümdə cəmi üç dəfə bərabərə qalmışdı.

Lakin buna rəğmən “Real”ın ən yaxın izləyiciləri də bu 6 xal itkisindən yararlana bilməyiblər. Nəticədə, Madrid klubu “Jirona”dan 7, “Barselona”dan 8 xal öndədir.

Bənzər xəbərlər