featured-image-47622

“Real” rəhbərliyi müdafiəçi Ferlan Mendi üçün yeni müqavilə hazırlayır. Msport.az “Marca”ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Fransa millisinin üzvünün oyunu klubda hər kəsi razı salır. Baş məşqçi Karlo Ançelotti də şəxsən Mendidən qalmasını istəyib.

Hələ ki “Real” müdafiəçiyə rəsmi təklif göndərməyib.

Xatırladaq ki, Mendi Madrid klubuna 2019-cu ildə “Lion”dan keçib.

 

Bənzər xəbərlər