“Real” müdafiəçisini saxlamır
“Real” sağ cinah müdafiəçisi Lukas Vaskesin müqaviləsini yeniləməyin məqsədəuyğun olub-olmaması barədə tərəddüd edir.
Msport.az xəbər verir ki, buna səbəb “kral klubu”nun “Liverpul”dan Trent Aleksander-Arnoldu heyətinə qatmağa hazırlaşmasıdır.
İspaniya nəhəngi başa düşür ki, ingilis futbolçunun komandaya qoşulmasından və Dani Karvahalın zədəsini tam sağaltmasından sonra Vaskes sağ cinah müdafiəçisi mövqeyində üçüncü seçim olacaq. Bu səbəbdən rəhbərlik onun qalmasında maraqlı deyil.
Qeyd edək ki, Lukas Vaskes cari mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.