“Real” ona yeni müqavilə təklif edir
Marko Asensio “Real”la müqaviləsini uzadacaq. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, tərəflər yeni əməkdaşlıqla bağlı danışıqları davam etdirirlər.
Madrid klubunda güman edirlər ki, mövsüm başa çatdıqdan sonra yarımmüdafiəçi komandada qalacaq. “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti bir neçə dəfə rəhbərliyə futbolçunu komandada saxlamaqla bağlı müraciət edib.
Artıq yeni müqavilənin müddəti və əməkhaqqı ilə bağlı danışıqlar aparılır. Yeni anlaşma 2027 və ya 2028-ci ilə qədər olacaq.
Asensio ilə İngiltərə Premyer Liqası klubları, həmçinin “Milan” və “Yuventus” maraqlanırdı. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.
ANAR







