featured-image-46074

İspaniya millisinin üzvü Naço Fernandes “Real”da qalıb-qalmayacağına hələ ki, qərar verməyib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçisi “kral klubu”nun yeni müqavilə ilə bağlı təklifinə cavabını konkretləşdirməyib.

“Real” rəhbərliyi isə Naçonun daha 2 il komandada qalmasını istəyir.

Amma o, daha çox oyun praktikası əldə edəcəyi kluba keçməyi planlaşdırır.

Naço 2012-ci ildən “Real”ın əsas komandasında oynayır. O, bütün turnirlərdə indiyə qədər 353 oyunda meydana çıxıb, 16 qol vurub.

Bənzər xəbərlər