featured-image-25806

“Real” “Napoli”nin hücumçusu Viktor Osimhenin xidmətlərində maraqlıdır. Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, Madrid klubu nigeriyalı futbolçuya görə, 80 milyon avro və Naço Fernandesi təklif edir.

24 yaşlı forvard 2020-ci ildə “Lill”dən “Napoli”yə keçib. Osimhen bu mövsüm bütün turnirlərdə 29 oyunda 25 qol vurub və 5 məhsuldar ötürmə verib.

Tərəflər arasında müqavilə 2025-ci ilin yayında başa çatır, lakin Neapol təmsilçiisi hücumçuya yeni təklif vermək niyyətindədir.

Qeyd edək ki, Osimhen hazırda Avropanın demək olar ki, bütün top-klublarının diqqət mərkəzindədir.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər