featured-image-59865

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres ölkə Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən sonra bir sıra qərarlar verib.

Msport.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.

O, sağ cinahda Lukas Vaskesin çıxışından narazı qalıb və oyunçu ilə müqavilənin uzadılmayacağını bildirib. Bundan əlavə, Peres “Liverpul”un ulduzu Trent Aleksander Arnoldla sözləşmə bağlamaq üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Vaskes cari mövsüm “Real”da 25 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər