featured-image-18699

Niderland millisinin sabiq hücumçusu Rene van de Kerkhof bildirib ki, “Real” PSV-nin futbolçusu Kodi Qakpo transfer etmək istəyir. Msport.az xəbər verir ki, Madrid klubu niderlandlı vingerə Kərim Benzemanın gələcək əvəzləyicisi kimi baxır:

“Mənim İspaniyadakı etibarlı mənbələrim bildiriblər ki, “Real”  ilə müqavilə bağlamaq istəyir. Qakpo yayda artıq azad agent olacaq və hara istədi gedə bilər. Mən hesab edirəm ki, İngiltərədənsə “Real” ona daha çox uyğun gəlir”.

Qeyd edək ki, “Mançester Yunayted”in də Qakpo ilə maraqlanması barədə xəbərlər yayılmışdı.

 

Bənzər xəbərlər