featured-image-61259

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike “Real”ın İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın XXII turunun “Espanyol”la matçında (0:1) hakimlikdən rəsmi şikayət ərizəsi ilə bağlı müraciətinə münasibət bildirib.

Msport.az xəbər verir ki, İspaniya millisinin keçmiş futbolçusu bunu adi qarşılayıb.

Onun fikrincə, “kral klubu” dəfələrlə bu yola əl atıb: “Biz bu hekayəni əvvəllər milyon dəfə yaşamışıq. 120 ildir ki, bununla yaşayırıq. Bu kimi metod “Real”ın üslubudur. Qalib gələ bilməyəndə bütün mexanizmlərdən, mediadan istifadə edərək başqa şeydən danışmağa başlayırlar. Bu həmişə belə olub. Bundan əziyyət çəkən ancaq daha çox təzyiq altında olan hakimlər olacaq”.

Qeyd edək ki, hazırda “Real” 49 xalla turnir cədvəlinə başçılıq edir. 3-cü pillədəki “Barselona”nın aktivində 45 xal var.

Bənzər xəbərlər