featured-image-46432

İspaniyanın “Real” klubu qapıçısı Andrey Luninlə müqavilə müddətini artırmağı planlaşdırır.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

“Kral klubu”nun rəhbərliyi Ukrayna millisinin qapıçısının komandada qalmasının tərəfdarıdır. Şifahi razılığın əldə edildiyi bildirilir.

25 yaşlı futbolçu 2018-ci ildə “Zarya”dan “Real”a 8,5 milyon avro qarşılığında transfer olub.

Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir.

Bənzər xəbərlər