“Real” qışda heç kimi almayacaq
“Real” qış transfer pəncərəsində heyətə yeni futbolçu cəlb etməyəcək.
Msport.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məçqçisi Karlo Ançelotti açıqlama verib. İnsayder Fabritsio Romano italiyalı mütəxəssisin fikirlərini paylaşıb:
“Transfer bazarı artıq bizim üçün bağlıdır: heç kim gəlməyəcək və heç kim getməyəcək. Yanvarda heç nə baş verməyəcək”.
“Kral klubu” qış transfer pəncərəsi zamanı yalnız “Palmeyras”ın 16 yaşlı oyunçusu Endrikin keçidini həll edib. O, 2024-cü ilin yayında “Real”ın futbolçusu olacaq.
18 oyundan sonra 42 xal toplayan “Real” İspaniya La Liqasında lider “Barselona”dan 5 xal geri qalır.
ANAR ABDULLAYEV







