“Real” sabiq futbolçusunu heyətinə qata bilər
“Arsenal”ın futbolçusu Martin Edeqor “Real”a qayıda bilər.
Msport.az xəbər verir ki, Madrid klubu qarşıdakı yay transfer dönəmində norveçli yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.
PSJ də istedadlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Edeqor 2021-ci ildən “Arsenal”da çıxış edir. O, 2015-2021-ci illərdə “Real”da çıxış edib. Müxtəlif klublara icarəyə verilən yarımmüdafiəçi əsas komanda ilə 8 matçda meydanda olub.







