featured-image-64997

“Real” “Arsenal”ın müdafiəçisi Uilyam Salibanın transferi ilə bağlı danışıqları davam etdirir.

Msport.az xəbər verir ki, Madrid klubu artıq bir neçə həftədir 24 yaşlı fransız futbolçunun menecerləri ilə təmasdadır.

“Real” yay transfer dönəmində müdafiə xəttini gücləndirmək üçün transfer bazarına çıxacaq və bu mövsümdəki səhvləri düzəltmək məqsədilə mərkəz müdafiəçisini almağa çalışacaq. Saliba klubun konkret və prioritet hədəflərindən biridir. Madrid təmsilçisi futbolçunun inkişafını bir neçə mövsümdür yaxından izləyir.

İspaniya nəhəngi ya bu yay, ya da gələn il bu keçidi reallaşdırmağa çalışacaq. Həmin vaxt futbolçunun “Arsenal”la müqaviləsinin bitməsinə bir il qalacaq. Futbolçu özü üçün “Real”ı karyerasında çatmaq istədiyi ən yüksək zirvə kimi görür. Lakin “Arsenal” Fransa millisinin üzvünü satmaq niyyətində deyil. Potensial transferin dəyəri 100 milyon avrodan çox qiymətləndirilir.

Bənzər xəbərlər