featured-image-64069

“Real” İspaniya La Liqasının 32-ci turunda “Atletik”lə qarşılaşıb.

Msport.az xəbər verir ki, Madriddə baş tutan görüşün taleyini 1 qol həll edib.

Belə ki, 90+3-cü dəqiqədə Federiko Valverde “kral klubu”na qələbə qazandıran qola imza atıb. Bu qalibiyyət sayəsində “Real” xallarının sayını 69-a çatdırıb. İkinci pillədə qərarlaşan paytaxt təmsilçisi lider “Barselona”dan 4 xal geri qalır.

Qeyd edək ki, “Real” növbəti turda “Xetafe”nin qonağı olacaq. Qarşılaşma aprelin 23-də keçiriləcək.

Bənzər xəbərlər