featured-image-29205

“Real Sosyedad” David Silva ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzadıldığını elan edib. Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu 2020-ci ildən İspaniya klubunda çıxış edir. O, Baskoniya klubuna “Mançester Siti”dən azad agent kimi gəlmişdi.

Təcrübəli yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 32 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib. “Transfermarkt” David Silvanın dəyərini 4 milyon avro qiymətləndirir.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər