“Real” Superkubokun finalında “Barselona”ya rəqib oldu
“Real” İspaniya Superkubokunda finala yüksəlib.
Msport.az xəbər verir ki, Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv Səudiyyə Ərəbistanında baş tutan yarımfinal matçında “Malyorka” ilə üz-üzə gəlib.
Qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Cud Bellingem 63-cü dəqiqədə hesabı açıb. 90+3-cü dəqiqədə Martin Valent avtoqol müəllifi olub. 90+5-ci dəqiqədə isə Rodriqo adını tabloya yazdırıb.
Final qarşılaşmasında “Real” digər yarımfinalda Bilbaonun “Atletik”ini 2:0 hesabı ilə yenən “Barselona” ilə qarşılaşacaq. Həlledici görüş yanvarın 12-də Ciddədə keçiriləcək.