“Real” tarixində ilk
İspaniyanın “Real” klubu tarixində ilk dəfə İngiltərədə “Mançester Siti”yə qalib gəlib.
Msport.az xəbər verir ki, bu, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununa təsadüf edib.
Madrid klubu əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında rəqibini üstələyib – 4:3.
Bundan əvvəl komandalar Çempionlar Liqasında beş dəfə İngiltərə meydanında üz-üzə gəliblər. “Şəhərlilər” 3 dəfə qalib gəliblər, iki görüşdə isə heç-heçə qeydə alınıb.