featured-image-63951

“Real”ın hücumçusu Vinisius Junior klubun tarixinə düşüb.

Msport.az xəbər verir ki, forvard Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la oyunda fərqlənməklə buna nail olub.

Belə ki, Vinisius “Real”ın heyətində ümumi qol sayını 105-ə çatdırıb. Həmyerlisi Ronaldonu qabaqlayan hücumçu “kral klubu”nun ən məhsuldar braziliyalısı rekordunu ələ keçirib.

Qeyd edək ki, hər iki oyunda “Arsenal”a məğlub olan “Real” (0:3, 1:2) Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bənzər xəbərlər