“Real” tarixinin ən yaxşı futbolçuları
Nüfuzlu “FourFourTwo” nəşri İspaniyanın “Real” komandasının ən yaxşı futbolçularının adlarını açıqlayıb.
Msport.az xəbər verir ki, 50 oyunçunun yer aldığı siyahıya hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldu başçılıq edir.
İkinci sırada argentinalı mərhum hücumçu Alfredo Di Stefano qərarlaşıb. İlk “üçlüy”ü isə Fransa millisinin sabiq üzvü Zinəddin Zidan tamamlayıb.