"Real" tarixinin ən yaxşı futbolçuları - SİYAHI
Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri “Real” tarixinin 50 ən yaxşı futbolçusunun reytinqini tərtib edib.
Msport.az xəbər verir ki, reytinqdə ilk yeri sabiq hücumçu Alfredo Di Stefano tutub.
İkinci sırada Madrid klubunun keçmiş hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. “Kral klubu”nun ən yaxşı üçüncüsü isə Zinəddin Zidan olub.
“Real” tarixinin ən yaxşı 10 futbolçusu:
1. Alfredo Di Stefano
2. Kristiano Ronaldo
3. Zinəddin Zidan
4. Raul
5. Ferens Puşkaş
6. Raymond Kopa
7. Huqo Sançes
8. Toni Kroos
9. Pirri
10. Emilio Butraqenyo
Xatırladaq ki, Di Stefano “Real”da 1953-1964-cü illərdə çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 371 oyun keçirib və 285 qol vurub.