featured-image-24532

“Real” bu mövsüm titul qazana bilməsə, Karlo Ançelotti komandadan ayrılacaq. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis yayda komandanın gücləndirilməsinin vacib olduğunu bildirib. Lakin “Real” rəhbərliyi baş məşqçi ilə razılaşmayıb.

63 yaşlı məşqçi rəhbərliyin transferlərə çox pul xərcləməmək istəyini başa düşsə də, bu addım nəticələrə təsir edib və onun mövqeyini zəiflədib.

Ançelotti bilir ki, “Real” bu mövsüm kubok qazanmasa, o, Madriddə qalmayacaq.

“Kral klubu” İspaniya Superkubokunda “Barselona”ya uduzub. İspaniya kubokunun yarımfinal mərhələsinin ilk görüşündə də onlar Kataloniya klubuna məğlub olublar. “Çempionlar Liqasının 1\8 finalında isə “Real” ilk görüşdə səfərdə “Liverpul”dan üstün olub – 5:2.

La Liqada “Real” “Barsa”dan 9 xal geri qalır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər