featured-image-34368

REAL TV Türkiyənin iki klubunun avrokubok oyununu yayımlayacaq.

Msport.az xəbər verir ki, ilk olaraq bu gün “Fənərbağça”nın Moldovada yerli “Zimbru” ilə görüşü Bakı vaxtı ilə saat 21:30-dan etibarən təqdim ediləcək.

Avqustun 3-də isə azarkeşlər “Beşiktaş”ın Albaniyada “Tirana” ilə matçını izləyə biləcəklər. Bu qarşılaşma saat 22:00-da start götürəcək.

Qeyd edək ki, cütlüklərin ilk oyunlarında “Fənərbağça” 5:0, “Beşiktaş” isə 3:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər