“Real” üzərində qazandığımız qələbədən həzz alırıq”
“Barselona”nın futbolçusu Robert Levandovski İspaniya Superkubokunun finalında “Real” üzərində qazanılan qələbəni (5:2) şərh edib.
Msport.az xəbər verir ki, polşalı hücumçu nəticəyə görə xoşbəxt olduğunu bildirib:
“İlk hissəni əla keçirdik. Son 30 dəqiqə bir az çətin oldu. Böyük hesabla qalib gəlsəniz belə, bu cür matçlarda nəzarəti qorumalısınız. “Real”la qarşılaşmalar hər zaman həyəcanlı keçir. Xüsusən də finalları qeyd edə bilərəm. İndi bu qələbədən həzz alırıq”.
Qeyd edək ki, “Barselona” tarixində 15-ci dəfə İspaniya Superkubokunun qalibi olub.