“Real” və “Barselona”dan Superkuboka görə ödəniş
“Real” və “Barselona” İspaniya Superkubokunda iştirak üçün “Malyorka”ya ümumilikdə 400 min avro verəcək.
Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun biznes direktoru Alfonso Dias açıqlamasında bildirib.
İspaniya nəhəginin hərəsi 200 min avro ödəyəcək: “Onların haqqı olan bəzi şeylər bizə və “Atletik”ə keçəcək. Amma mən təfərrüatlara girmək fikrində deyiləm”, – deyə Dias vurğulayıb.
Qeyd edək ki, bu gün “Malyorka” Superkubokun yarımfinal matçında “Real”la üz-üzə gələcək. Ötən gün “Barselona” “Atletik”i məğlub edərək (2:0) finala yüksəlib.