featured-image-55748

İspaniya nəhəngləri “Real” və “Barselona” Almaniyanın “Bayer” klubunda çıxış edən Conatan Ta ilə maraqlanır.

Msport.az xəbər verir ki, bu barədə jurnalist və insayder Kristian məlumat yayıb.

Onun sözlərinə görə, “Real” artıq müdafiəçinin nümayəndələri ilə danışıqlara start verib. Kataloniya təmsilçisi isə hələlik vəziyyəti izləyir. Leverkuzen klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq oyunçunun yanvarda gələcəyi ilə qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən “Bayer”də çıxış edir.

Bənzər xəbərlər