featured-image-55375

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turu başa çatıb.

Msport.az xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik ediblər.

Almaniyanın “Bavariya” komandası İngiltərədə “Aston Villa”nın qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin digər gözlənilməz nəticəsi Fransada reallaşıb. “Lill” İspaniya “Real”ını minimal hesabla üstələyib – 1:0

“Liverpul” (İngiltərə) evdə “Bolonya”nı (İtaliya) 2:1, İtaliyanın digər təmsilçisi “Yuventus” isə səfərdə “Leyptsiq”i (Almaniya) 3:2 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

2 oktyabr

“Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) – 0:3

“Jirona” (İspaniya) – “Feyenoord” (Niderland) – 2:3

“Liverpul” (İngiltərə) – “Bolonya” (İtaliya) – 2:0

“Leyptsiq” (Almaniya) – “Yuventus” (İtaliya) – 2:3

“Benfika” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 4:0

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Monako” (Fransa) – 2:2

“Lill” (Fransa) – “Real” (İspaniya) – 1:0

“Aston Villa” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:0

“Şturm” (Avstriya) – “Brügge” (Belçika) – 0:1

Qeyd edək ki, Liqa mərhələsinin III turu oktyabrın 22-də start götürəcək.

Bənzər xəbərlər