featured-image-65293

“Marbelya”nın futbolçusu Xose Kalyexon mövsümün sonunda karyerasını başa vuracaq.

Msport.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb.

38 yaşlı hücumçu 2024-cü ilin yayından “Marbelya”da çıxış edir. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 10 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Kalyexon karyerası ərzində “Napoli”, “Espanyol”, “Real”, “Qranada”, “Fiorentina” və “Kastilya”da çıxış edib. O, 700-dən çox rəsmi oyun keçirib, 152 qol və 125 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real”la La Liqa çempionu və İspaniya Superkubokunun qalibi olub. “Napoli” ilə birlikdə 2 dəfə İtaliya Kubokunu və Superkubokunu qazanıb.

Kalyexon İspaniya millisində isə 5 oyun keçirib.

Bənzər xəbərlər