“Real” və PSJ 21 yaşlı hücumçunu istəyir
İngiltərənin “Aston Villa” klubunun futbolçusu Con Duran karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna məlumat yayıb.
“Real” 21 yaşlı mərkəz hücumçusu ilə maraqlanır.
Bundan əlavə, Fransa çempionu PSJ də forvardı transfer etmək niyyətidədir.
Lakin kolumbiyalı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçmək imkanlarını araşdırır.
Qeyd edək ki, Con Duran cari mövsüm 28 matçda 12 qola imza atıb.