featured-image-46180

Fransanın “Lill” klubunun futbolçusu Leni Yoro Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Msport.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə “Real” və PSJ maraqlanır.

18 yaşlı fransalının transferini qışda reallaşdırmaq istəyi alınmayan Paris təmsilçisi bu variantdan əl çəkməyib. Madridlilər futbolçunun əhatəsi ilə sıx təmasdadırlar.

Qeyd edək ki, Yoro cari mövsümün 36 oyununda 3 qol vurub. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bənzər xəbərlər