featured-image-24102

Avropanın top-klubları “Napoli”nin vingeri Xviça Kvaratsxeliya ilə maraqlanır. Msport.az xəbər verir ki, “Mançester Siti” və “Nyukasl” gürcüstanlı futbolçunun çıxışını yaxından izləyirlər.

23 yaşlı oyunçu “Real” və PSJ-nin də diqqət mərkəzinə düşüb.

“Napoli” iki əsas lideri – Kvaratsxeliya və Osimheni komandadan buraxmaq istəmir. Xviçanın özü də hələ Neapol klubundan gedişi barədə düşünmür. “Napoli”nin Kvaratsxeliyanı 50 milyona buraxa biləcəyi deyilsə də, əslində bu, o qədər də inandırıcı deyil. Məbləğ ikiqat çox ola bilər.

Heç kimdə şübhə doğurmur ki, yayda gürcü futbolçunun kifayət qədər təklifləri olacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər