featured-image-27382

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde “Vilyarreal”ın futbolçusu Aleks Baenaya hücum edib.

Msport.az xəbər verir ki, hadisə İspaniya La Liqasının 28-ci turunun oyunundan sonra baş verib. “Vilyarreal” Madrid klubu üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

“Marca”nın yazdığına görə, Valverde matçdan sonra 21 yaşlı ispaniyalı oyunçunu avtobusların dayandığı yerdə gözləyib və o, gələndə üzünə zərbə endirib. Federikonun dostları izah edib ki, Baena onun ailəsinə söz atıb.

İspaniya kubokunun 1\8 final mərhələsinin “Real” – “Vilyarreal” (3:2) oyunu zamanı Baena epizodların birində Valverdenin üzünə tüpürüb və deyib ki, “Ağla, sənin oğlun dünyaya gəlməyəcək”. Bu dəfə də o, oxşar ifadələr işlədib. Bu 24 yaşlı uruqvaylı futbolçunu özündən çıxarıb.

Xatırladaq ki, ilin əvvəlində bəzi KİV-də Valverdenin həyat yoldaşı Mina Bonenonun övladını itirdiyini yazmışdılar.

Qeyd edək ki, Baenada hadisənin videogörüntüləri və o, Valverdedən polisə şikayət edə bilər.

ANAR

Bənzər xəbərlər