featured-image-56712

İspaniyanın “Real” klubu futbolçusu Vinisius Juniora yeni müqavilə təklif edəcək.

Msport.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Madrid təmsilçisi sözləşməsi 2027-ci ildə başa çatacaq oyunçunun komandada qalmasını istəyir.

Səudiyyə Ərəbistanından bir neçə klub braziliyalı vingerlə maraqlanır.

Qeyd edək ki, Vinisius Junior “Real”da meydana çıxdığı 279 matçda 91 qol və 82 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər