“Real” Vinisius Juniorla yeni müqavilə imzalayacaq
Vinisius Junior yaxın günlərdə “Real”la müqavilənin müddətini uzadacaq. Msport.az xəbər verir ki, Madrid klubu braziliyalı futbolçu ilə anlaşmanın uzadılmasını ya bu, ya da gələn həftə elan edəcək.
Yeni müqavilə 5 illik olacaq. “Real” 22 yaşlı hücumçunun sərbəst qalma məbləğını 1 milyard avro edəcək.
Braziliya millisinin üzvü “Qızıl top”u alarsa, əlavə mükafat alacaq.
Vinisius ötən mövsüm İspaniya La Liqasanda 30 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







