featured-image-69879

“Real” hücumçusu Vinisius Juniorun komandadan ayrılmasına razıdır.

Msport.az xəbər verir ki, hətta bu ayrılıq sərbəst agent kimi olsa belə.

“Kral klubu” braziliyalı futbolçunun mövcud vəziyyətdən narazılığına və yanvarda ayrılmaq ehtimalının olmasına baxmayaraq, onun taleyindən narahat deyil. Klubun mövqeyi birmənalıdır: Vinisius təklif olunan şərtləri qəbul edərsə, müqavilənin müddəti uzadılacaq, qəbul etməzsə – yollar ayrılacaq.

25 yaşlı futbolçu komanda daxilindəki rolunun dəyişməsi ilə bağlı narazılığını ifadə edib və bu səbəbdən, qış transfer pəncərəsində “Real”ı tərk edə biləcəyi bildirilir.

Hazırda Vinisiusun Madrid klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.

Bənzər xəbərlər