“Real” Vinisiusla yeni müqavilə üçün danışıq aparmayacaq
“Real” hücumçusu Vinisius Juniorla müqavilənin uzadılması barədə danışıqlar aparmağa tələsmir.
Msport.az xəbər verir ki, “kral klubu” 2026-cı ilin yayına qədər bu məsələni braziliyalı ilə müzakirə etməyi planlaşdırmır.
Ulduz futbolçunun Madrid təmsilçisi ilə hazırkı sözləşməsi 2027-ci ilə qədərdir. Onun nümayəndələri rəhbərliyin təklif etdiyi yeni müqavilənin şərtlərindən narazı qalıblar.
Vinisius Juniorla bir ildir ki, Səudiyyə Ərəbistanı klubları maraqlanır.