featured-image-69828

“Real” qış transfer “pəncərə”sində Vinisius Junioru sata bilər. Msport.az xəbər verir ki, bu iddia ilə İspaniyanın Sport.es nəşri çıxış edib.

Braziliyalı hücumçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Mənbənin sözlərinə görə, Madrid klubunun rəhbərliyi 25 yaşlı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqların dalana dirənməsindən narazıdır. Vinisius maaşının Kilian Mbappenin əməkhaqqısı qədər artırılmasını tələb edir.

Əgər Braziliya millisinin üzvü razılaşarsa, “Real” onu 2026-cı ildə sata bilər.

Vinisius bu mövsüm 11 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər