“Real” yeni transferini təqdim etdi
Hücumçu Endrik “Real”ın yeni oyunçusu kimi rəsmən təqdim olunub.
Msport.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu Madrid təmsilçisində 16 nömrəli forma geyinəcək. Futbolçu artıq tibbi müayinədən keçib və onunla 2030-cu ilin yayında başa çatacaq müqavilə imzalanıb.
Endrik “Palmeyras”ın yetirməsidir və U17-dən əsas komandaya qədər yüksəlib. Ümumilikdə, hücumçu Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxıb, 21 qol vurub və 4 qolun ötürməsini verib.