“Real” yeni transferini təqdim etdi
“Real” Din Heysenin transferini təqdim edib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. İspaniya millisinin üzvü Madrid təmsilçisində 24 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Din Höysen başa çatan mövsümdə “Bornmut”un heyətində 36 oyun keçirib, 3 qol vurub və 2 qolun ötürməsini edib. “Real” onun transferi üçün İngiltərə klubuna 50 milyon funt sterlinq ödəyib.