“Real”, yoxsa “Mançester Siti”? – “Milan”ın futbolçusu seçimini etdi
“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders karyerasını İngiltərədə davam etdirmək istəyir.
Msport.az xəbər verir ki, “Real”dan da təklif alan niderlandlı futbolçu menecerlərinə “Mançester Siti”də oynamaq arzusunda olduğunu bildirib.
İddiaya görə, onun Mançesterə kömək istəməsində əsas amil “şəhərlilər”in baş məşqçisi Xosep Qvardioladır. 26 yaşlı futbolçu ispaniyalı mütəxəssisin rəhbərliyi altında inkişaf edə biləcəyinə inanır. İngilislərin artıq futbolçu ilə şəxsi müqavilə şərtlərində ilkin razılıq əldə etdiyi bildirilir.
Bu mövsüm Reynders “Milan”ın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla 2030-cu ilin yayınadək müqaviləsi var.