featured-image-39596

İspaniyanın “Real” klubu tibb şöbəsinin müdiri Niko Mihiçi vəzifəsindən azad edib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, rəhbərlik cari mövsümdə zədələrin çox olmasından narazıdır.

David Alaba və Dani Sebalyosla tibb işçiləri arasında münaqişələr də yaşanıb. Mövsümün əvvəlində Tibo Kurtua və Eder Militao zədələndikləri üçün uzun müddət sıradan çıxıblar.

Qeyd edək ki, “Real” 13 oyundan sonra 32 xalla La Liqada ikinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər