featured-image-33645

Joau Feliksin “Atletiko”nun stadionunda olan xatirə lövhəsi vandallar tərəfindən dağıdılıb.

Msport.az xəbər verir ki, hadisə futbolçunun “Barselona”ya keçmək istəməsini deməsindən sonra baş verib.

Lövhənin yanında “Rədd ol, “Barselona”ya” yazılıb. Portuqaliyalı hücumçunun da ünvanına təhqiredici ifadələr yer alıb.

23 yaşlı forvard dünən bəyan edib ki, onun uşaqlıq arzusu “Barsa”da çıxış etməkdir. “Atletiko” rəsmiləri bu açıqlamadan narahat olublar.

Feliksin paytaxt klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

media-16897530111362514638

 

ANAR

 

 

Bənzər xəbərlər