featured-image-29168

PSJ fanatları Neymarın evinin önünə gələrək onun klubdan getməsini tələb ediblər. Msport.az xəbər verir ki, Paris təmsilçisinin ultras fanatları klubun ofisinin önündə də aksiya keçiriblər.

Onlar Messi, Neymar, Veratti və prezident Əl Xəlayfinin klubdan ayrılmasını tələb ediblər. Azarkeşlər argentinalı futbolçunun ünvanına təhqiramiz ifadələr səsləndiriblər.

Klub fanatların hərəkətini pisləyib.

PSJ tərəfdarları Neymarın evinin önünə gedərək “rədd ol klubdan” şüarları səsləndiriblər.

Braziliya millisinin hücumçusu hadisəni təsdiqləyərək fanatların yalnız axşam saatlarında dağıılışdığını deyib.

Bənzər xəbərlər