featured-image-18730

Bir müddət önvə “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfdan boşanan Anamariya Prodan özünə yeni ər axtarır.

Msport.az-ın məlumatına görə, keçmiş futbol agenti gələcək həyat yoldaşı ilə bağlı kriteriyalarını da açıqlayıb.

Prodan bildirib ki, yeni əri hərtərəfli insan olmalıdır. “Gərək yanımda kişi olsun, özü də istədiyim kimi. O, həm maddi, həm də fiziki cəhətdən güclü, yanında mənim kimi qadın olmasını istəyən biri olmalıdır. Ailəyə mütləq hörmət etməlidir. Belə biri varsa, buyursun”.

Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlindən “Neftçi”yə rəhbərlik edir.

Bənzər xəbərlər