Regekampfın əvəzinə onunla anlaşdılar
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla maraqlanan “Universitetya Krayova” yerli mütəxəssislə anlaşıb.
Msport.az “gsp.ro”ya istinadən xəbər verir ki, Rumıniya klubu Euqen Neqao ilə razılıq əldə edib. Mütəxəssisin yeni klubunda ayda təxminən 12 min avro qazanacağı bildirilib.
Adıçəkilən mütəxəssis bu postda Mirel Redoyu əvəzləyəcək.







