Rekord gəlir
İngiltərənin “Mançester Siti” klubunun illik gəliri ötən ilə nisbətən artıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Şəhərlilər”in cari il üçün illik gəliri 715 milyon funt-sterlinq təşkil edərək, rekord həddə çatıb.
Bu rəqəm ötənilkindən 2,2 milyon funt-sterlinq artıqdır.
Komandanın xalis mənfəəti isə 73,8 milyon funt-sterlinqə bərabər olub.
Qeyd edək ki, son 4 mövsüm Premyer Liqada çempionluq sevinci yaşayan “Mançester Siti”nin sözügedən gəliri İngiltərədəki bütün klubları üstələyir.