featured-image-47022

İngiltərə Kubokunun yarımfinalında “Koventri” ilə 3:3 hesablı bərabərə qalan “Mançester Yunayted” penaltilər seriyasında rəqibini üstələyərək (4:2) finala yüksəlib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” bununla turnirdə ən çox finala adlayan komanda rekordunu ələ keçirib.

“Mankunianlar” tarixində 22-ci dəfə bunu bacarıb ki, 21 dəfə final üzü görən “Arsenal”ın rekordunu yeniləyib. “Mançester Yunayted” indiyə qədər 12 finaldan qalib ayrıla bilib.
“Mançester Yunayted” üçün antirekord göstərici də qeydə alınıb. Belə ki, 2024-cü ildəki bütün turnirlərdə rəqiblər “mankunianlar”la qarşılaşmalarda ümumilikdə 358 zərbə vurublar. Bu da Premyer Liqa komandaları arasında ən pis göstəricidi.
Qeyd edək ki, “Mançester Yunayted” finalda “Mançester Siti” ilə qarşılaşacaq. Görüş mayın 25-də “Uembli” stadionunda reallaşacaq.

Bənzər xəbərlər