featured-image-24752

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi baş məşqçi Kristof Qaltyenin gələcək taleyi ilə bağlı bu gün klub rəhbərliyi ilə görüşəcək.

Msport.az “Relevo”ya istinadən xəbər verir ki, qətərli iş adamı “Bayern Münhen”lə hər iki oyunda meydanda gördüklərindən çox narazı qalıb.

Klub prezidentini özündən çıxaran məqam odur ki, PSJ iki oyunda Almaniya komandasının qapısına yol tapa bilməyib və zəif təsir bağışlayıb. Məşqçinin bəzi qərarları və futbolçuların meydanda can qoymaması rəhbərlikdə suallar doğurur.

PSJ-nin Fransa çempionatda 8 xallıq fərqlə liderlik etməsi Qaltyenin vəzifədə qalmasına kömək edə bilməz.

Mənbənin sözlərinə görə, fransalı məşqçinin istefası barədə qərar verilsə, onun yerinə ən real namizəd vaxtilə komandaya rəhbərlik etmiş Tomas Tuhel olacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər