Renat Dadaşov klubundan ayrılır?
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Türkiyə təmsilçisi “Ankaragücü”ndən ayrılmaq ehtimalı var.
Msport.az “Viralspor” nəşrinə istinadən xəbər verir ki, futbolçunun taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək.
Paytaxt klubu müqaviləsi davam edən bir neçə legionerlə yollarını ayırmağı planlaşdırır. Siyahıda Renat Dadaşovun da adı var.
Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayında “Ankaragücü”nə keçib.